Bahalı avtomobili qaçırıb qəzaya düşdü, HƏBS OLUNDU - VİDEO

Rusiyanın paytaxtı Moskvada bahalı avtomobili oğurlayıb qəza törədən şəxs həbs edilib.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, oğrunun Perm vilayətinin əvvəllər məhkum olunmuş 32 yaşlı sakini olduğu üzə çıxıb.
Məlumata görə, o, dekabrın 2-də səhər saatlarında şəhərin mərkəzində yerləşən yeraltı dayanacağa daxil olaraq oradakı dəbdəbəli “Mercedes”i görüb və maşının təkərinin yanındakı açarı götürərək onu qaçırıb.
Bildirilir ki, avtomobili idarə edən zaman həmin şəxsin başı telefona qarışdığı üçün qəzaya düşüb.
Bundan sonra avtomobili hadisə yerində qoyub qaçsa da, qısa müddət sonra saxlanılıb.
Məhkəmənin qərari ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı maddəsi (xüsusilə külli miqdarda maddi ziyana səbəb olan oğurluq) və Presnenski Rayonlararası Prokurorluğunun mövqeyini nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Namiq Musayev
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO











