Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb - VİDEO (YENİLƏNİB)

Hadisə 3 Oktyabr 2024 23:45 Oxunub 336
Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb - VİDEO (YENİLƏNİB)
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Ulduz" metrostansiyasında qatar yoluna düşən 20 yaşlı şəxsin (kişi cinsli) vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Xəsarət alan şəxs sağ aşağı ətrafın amputasiyası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

**

Bu gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Avtosfer.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.

Bundan sonra sərnişin qatar yolundan çıxarılıb. Sərnişinin vəziyyəti barədə həkimlərin rəyindən sonra məlumat veriləcək.

Artıq təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.

Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

**

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib. Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.
Hadisəyə görə qatarların hərəkəti dayandırılıb. 


 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh