Bakı metrosunda gənc qatar tunelinə düşüb – VİDEO

Hadisə 1 May 2024 22:42 Oxunub 398
Bakı metrosunda gənc qatar tunelinə düşüb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bir nəfər metronun “Gənclik” stansiyasında qatar yoluna düşüb.

Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiq edib.

“Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib. Hadisə qatarların hərəkətinə təsir etməyib, yəni yubanma olmayıb”, – qurum rəsmisi bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh