
Bakı metrosunda HADİSƏ: sərnişin qatar yoluna düşdü və...
Hadisə
25 Mart 2023 14:46
Oxunub 772

Bir kişi sərnişin Bakı metropoliteninin "Memar Əcəmi" stansiya yoluna düşüb.
Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək,qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.
Məlumata görə, fərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.
Nəticədə Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb. (apa)
ŞƏRH YAZ