Bakı metrosunda nasazlıq; bütün stansiyalara giriş bağlandı - RƏSMİ - YENİLƏNİB

Hadisə 21 Aprel 2026 13:11
Bakı metrosunda nasazlıq; bütün stansiyalara giriş bağlandı - RƏSMİ   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Avtosfer.az xəbər verir ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.

***12:56

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***12:33

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən açıqlama verilib. Məlumatda qeyd edilib ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Baş verən texniki problem səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Hazırda “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Eyni zamanda, qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Məlumata əsasən, yaranmış nasazlığın aradan qaldırılması və elektrik gərginliyinin bərpası istiqamətində müvafiq tədbirlər görülür.

Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Oxunub : 522
ŞƏRH YAZ
Ad

E-mail

Şərh