Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB

Qatarda halı pisləşərək həyatını itirən sərnişinlə bağlı rəsmi açıqlama verilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 11-i, saat 8:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyası ərazisindən bir şəxsin huşsuz vəziyyətdə olması səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 72 yaşlı (kişi cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunur.
***09:40
Bakı metrosunda ölüm hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə "28 May" metrostansiyasında qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa vaxt sonra vəfat edib:
“Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib”.
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










