Banner

Bakı metrosunda bədbəxt hadisə - Relsin üzərinə yıxılan sərnişin öldü - VİDEO

Hadisə 7 Yanvar 2026 20:42
Bakı metrosunda bədbəxt hadisə - Relsin üzərinə yıxılan sərnişin öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, faciəvi şəkildə ölən şəxsin 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olması məlum olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

***

İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Piyadanı vurub meyitini 1 kilomet sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO

Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.

***

Sərxoş “Prius” sürücüsünü qovan yol polisi maşınları toqquşdu; 2 yaralı var - VİDEO

Bu gün saat 20:00 radələrində Bakı Metropoliteninin "Nərimanov" stansiyasında sərnişin stansiya yoluna düşüb.

Bu barədə Avtosfer.az-a metropolitendən bildirilib.

Qeyd olunub ki, hadisə zamanı dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

"Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb", - məlumatda bildirilib.

Oxunub 324
ŞƏRH YAZ
Ad

E-mail

Şərh