Bakı-Qazax yolunda “Qazel” alışaraq yararsız hala düşdü - VİDEO

Hadisə 2 Avqust 2024 15:04 Oxunub 166
Bakı-Qazax yolunda “Qazel”  alışaraq yararsız hala düşdü   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində yük maşını alışaraq yararsız hala düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 1-də günorta saatlarında qeydə alınıb. Belə ki, “Qazel” markalı yük maşınının mühərrik hissəsində qəfil yanğın başlayıb. Nəqliyyat vasitəsində qaz balonu olduğu üçün ətrafdakı insanlar müdaxilə edə bilməyiblər. Yanğın alov maşının salon hissəsinə keçib.

Əraziyə DYP əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Avtomobil qısa zamanda zərərsizləşdirilib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh