Bakı qəsəbəsində şambo kabusu: "Hər həyətdən ilan çıxır" - VİDEO

Hadisə 13 İyun 2024 15:12 Oxunub 170
Bakı qəsəbəsində şambo kabusu: "Hər həyətdən ilan çıxır" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sabunçu rayonu İkinci Zabrat qəsəbəsi Dilarə Əliyeva küçəsində kanalizasiya sisteminin yoxluğu sakinlərə əlavə problemlər yaradıb.

Avtosfer.az xəbər verir ki, şambodan istifadə olunan qəsəbədə ətrafa yayılan üfunət iyinin əziyyəti bir yana, ərazidə ilanların, həşəratların sayı da artıb.

Sakinlərin sözlərinə görə, qrunt sularının dolması səbəbindən şamboları iki gündən bir boşaltmalı olurlar.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Baş Plana əsasən, bu ərazilərdə də kanalizasiya sisteminin qurulması nəzərdə tutulur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh