Bakı sakinləri üçün təhlükə saçan quyu - VİDEO

Hadisə 20 Mart 2024 23:40 Oxunub 426
Bakı sakinləri üçün təhlükə saçan quyu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qazılan ərazi sakinlərin narazılığına səbəb olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Sakinlərdən biri ərazinin bir həftədir qazıldığını, lakin hələ də təmir olunmadığını bildirib.

Qazıntı işlərinin hansı qurum tərəfindən aparıldığını müəyyən etmək mümkün olmayıb. Oxu.Az-ın “Azərsu”ya göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, bu qazıntının quruma aidiyyəti yoxdur.

Digər qurumlara da sorğu ünvanlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh