
Bakı-Sumqayıt yolunda “BMW” yandı - VİDEO
Hadisə
23 Fevral 2025 20:24
Oxunub 602

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR