Bakı-Sumqayıt yolunda İNTİHAR CƏHDİ: Körpüyə çıxdı

Hadisə 5 İyul 2024 13:41 Oxunub 214
Bakı-Sumqayıt yolunda İNTİHAR CƏHDİ: Körpüyə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub.

Bu barədə Avtosfer.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Belə ki, bir nəfər vətəndaş Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində körpüyə çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1980-ci il təvəllüdlü Bayramov Mövsüm Camal oğlu tunelin üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, körpüdən düşürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh