Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı - YENİLƏNİB

Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən 24.05.2025-ci il tarixində saat 18:50 radələrində 19 yaşlı şəxsin (qadın cinsli) hündürlükdən yıxılması səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, boyun şinası qoyulub. Pasiyent müştərək travmalar, bel-oma nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Hazırda Neyrocərrahiyyə şöbəsində xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə, məlumatda qeyd edilib.
***14:48
Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.
Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.
Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta ağırdır.
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO












