Bakıda 10 nəfərin öldüyü sexdə əksəriyyət qanunsuz işləyib - MƏHKƏMƏ

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.
Zərərçəkən Mehriyar Həqqi ifadəsində qeyd edib ki, partlayış baş verən zaman sexə alət götürməyə gedib:
"Qəfil partlayış baş verdi, sifətimdən müxtəlif xəsarətlər aldım. Mənə dəyən ziyan ödənilib, təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm".
Digər zərərçəkən Rahib Babayev partlayış vaxtı qardaşının çalışdığı sexə ona kömək etməyə getdiyini bildirib:
"Partlayış zamanı avtomobilim ciddi zərər görüb. Qiymətləndirmə aparılarkən zərərin 6500 manat olduğu müəyyən edilib. Bu günədək zərər ödənilməyib".
Təqsirləndirilən Tağı İbrahimov dəyən zərərdən məlumatlı olduğunu və yaxın günlərdə həmin məbləğin zərərçəkənə ödəniləcəyini deyib. Prosesdə zərərçəkənlər dindirilən zaman müəyyən olunub ki, orada çalışanların əksəriyyətinin fəaliyyəti qanunsuz olub. İcarə müqaviləsindən başqa fəaliyyətlə bağlı hər hansı sənədləşmə mövcud olmadığından dəymiş zərərlərin müəyyənləşməsində problem yaranıb. Bu səbəbdən də zərərçəkənlər dəymiş zərərləri şəxsi hesablamaları ilə müəyyənləşdirərək təqdim etdiklərindən tərəflər arasında məbləğ məsələsinə görə müəyyən narazılıqlar yaranıb. Daha sonra Tağı İbrahimovun səhhətində problem olduğu üçün vəkil həkim rəylərini məhkəməyə təqdim edib.
Bununla yanaşı, təqsirləndirilənin ailə üzvləri də onun səhhəti ilə bağlı məhkəməyə ərizə göndəriblər.
Təqdim olunan sənədlər iclas protokoluna əlavə olunub.
Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.
İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.
İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU
Masallıda açıq ərazidə yanğın başlayıb - VİDEO










