
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qaldı - YENİLƏNİB

Bakıda 14-cü mərtəbədən yıxılan 17 yaşlı qızın vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"2008-ci il təvəllüdlü şəxs (qadın cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
Xəstəyə zəruri tibbi yardımlar göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda koma vəziyyətindədir, süni ventilyasiya aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir".
***11:23
Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.
Avtosfer.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.
2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.
Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.