Bakıda 14 mənzilin sakinləri evlərindən didərgin düşüblər – SƏBƏB - VİDEO

Hadisə 27 Oktyabr 2024 22:36 Oxunub 510
Bakıda 14 mənzilin sakinləri evlərindən didərgin düşüblər – SƏBƏB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 aprel küçəsində yerləşən evləri mazutlu su basıb.

Avtosfer.az-ın məlumatına görə, bir neçə gün əvvəl yağan güclü yağışdan sonra burada yaşayan 14 mənzilin sakinləri evlərindən didərgin düşüblər. Sakinlərin sözlərinə görə, evlər hələ də suyun içərisindədir.

Sakinlər bildirirlər ki, yağıntılar vaxtı evlərini mazut qarışıq su basıb. Bu səbəbdən də mənzillərlə yanaşı, əşyalar da yararsız hala düşüb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, bina vaxtilə Neft Şirkətinin, 2012-ci ildən isə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. 1907-ci ildə inşa edilmiş 1 girişli, 1 mərtəbəli, 12 mənzilli bu tikili uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşüb. Binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olmasa da, Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Məsələ həll olunana qədər orada yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göstəriş verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh