Bakıda 15 nəfərin ölümünə görə “Starlyuks” istehsalçısı HƏBS EDİLDİ

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxslərin 40-60 yaşlarında olmaqla, spirtli içki alüdəçiləri olmaları, 13-nün kişi, 2-nin qadın cinsli olmaları, 1 nəfər kişi cinsli şəxsin şəxsiyyətinin məlum olmaması təsbit edilib.
Həmçinin, araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.
2025-ci ilin yanvar ayında Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200.2.2-ci (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə təqsirli bilinərək 5 min manat cərimə cəzasına məhkum olunmuş 1988-ci il təvəllüdlü Səbuhi Xanhüseynovun istehsalat sexinə baxış keçirilməklə möhürlənib.
Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən
gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
S.Xanhüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, apteklərdə və ticarət müəssisələrində reydlər keçirilməklə, qeyd olunan texniki spirt və vasitələrin tüfeyli şəxslərə satışının dayandırılması, tüfeyli hətat tərzi keçirən və ölmüş şəxslərlə birgə içki qəbul etmiş şəxslərin müəyyənləşdirilərək nəzarətə götürülməsi barədə rayon polis idarəsinə tapşırıqlar verilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO










