Bakıda 153 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Hadisə 24 Aprel 2024 14:37 Oxunub 190
Bakıda 153 nömrəli tam orta məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Bu barədə oxu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb:

“Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb”.

12:50

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub:

“Bir nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər üç şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərə isə (qadın cinsli) yerində yardım göstərilib”.

12:38

Paytaxtın 153 nömrəli tam orta məktəbində yanğın hadisəsi baş verib.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, yanğın məktəbin kitabxanasında qeydə alınıb. 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətidən bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb”.

Hadisə yerindən görüntüləri təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh