Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu - YENİLƏNİB

Suraxanı rayonundan çoxsaylı bıçaq zərbələri ilə xəstəxanaya çatdırılan qadının vəziyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, Elmi Cərrahiyyə Mərkəzindən bildirilib ki, sözügedən hadisədə xəsarət alan vətəndaş 18 sentyabr saat 20:30-da Səhiyyə Nazirliyi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yuxarı ətrafların çoxsaylı bıçaq yaraları ilə müraciət edib.
"Ona əvvəl nazirliyin Travmatologiya və Ortopediya İnstitutunda ilkin tibbi yardım göstərilib, yaralar işlənib, tikilib və sarğı qoyulub. Daha sonra Elmi Cərrahiyyə Mərkəzinə göndərilib. Xəstə müayinə olunub, vəziyyətinin qənaətbəxş olduğu nəzərə alınaraq ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***10:43
Bakının Suraxanı rayonunda anasına çoxsaylı bıçaq zərbələri endirməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, bıçaqlanan qadının vəziyyəti orta-stabildir.
Faktla bağlı araşdırma aparılır.
***09:11
Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.
Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












