Banner

Bakıda 2 nəfər bıçaqlandı - YENİLƏNİB

Hadisə 17 Oktyabr 2025 13:11 Oxunub 352
Bakıda 2 nəfər bıçaqlandı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***11:06

Bakıda 20 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Fərqin İsmayılov saxlanılıb.

***10:30

Bakıda 2 nəfər bıçaqlanıb.

Avtosfer.az xəbər verir ki, 2005-ci il təvəllüdlü İsrafil Babayev dünən Binəqədi qəsəbəsində bıçaq xəsarətləri alıb.

Ona xəsarətlər yetirən 2004-cü il təvəllüdlü Zərdab rayon sakini Fərqin Mehman oğlu İsbatov saxlanılıb. Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.

Oxşar hadisə Sabunçu rayonu Anaşkin küçəsində baş verib. Dünən saat 17 radələrində Fuad Süleyman oğlu Qurbanov həmin küçədə tanışı Rafiq Paşa oğlu Paşayevə şəxsi münasibətin pozulması zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi kəsici-deşici alətlə zərbə endirib. Qarın nahiyəsindən ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh