Banner

Bakıda 20 yaşlı oğlan sevgilisini "BMW"nin içərisində döydü

Hadisə 26 Oktyabr 2026 15:36
Bakıda 20 yaşlı oğlan sevgilisini "BMW"nin içərisində döydü
WhatsApp kanalımıza abunə olun

Bakıda 20 yaşlı oğlan sevgilisini avtomobilinin içərisində döyüb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki restoranlardan birinin parklanma məntəqəsində baş verib. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Cavid Mirzəyev (ad və soyad-şərtidir - red.) sevgilisi ilə birlikdə parklanma sahəsində olarkən aralarında mübahisə yaranıb. Qız Caviddən ayrılmaq qərarı verib və özünə məxsus BMW markalı avtomobilinə əyləşib. Cavid əsəbiləşərək qadını maşından düşürmək istəsə də alınmayıb. O, xanımın avtomobilinə əyləşərək onu döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb və hadisə yerinə hüquq-mühafizə orqanlarını çağırıb. Polis əməkdaşları Cavidi saxlayıblar.

Faktla bağlı cinayət işi məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh