Bakıda 20 yaşlı qadın itkin düşdü - YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonunda 20 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Avtosfer.az-a bildirib ki, rayonun Buzovna qəsəbəsində yaşayan Şəfa Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Şəfa Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib.
Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Qeyd edək ki, Şəfa Bayrızadə evli olub, bir övladı var.
***16:46
Bakıda 20 yaşlı qadın itkin düşüb.
Avtosfer.az xəbər verir ki, Buzovna sakini Bayrızadə Şəfa Nüsrət qızı 28.07.2025-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ş.Bayrızadə evli olub və bir övladı var. Qadın yaşadığı ünvanı tərk edərkən əynində uzun güllü paltar olub.
Şəfa Bayrızadəni görənlərdən 0776340201 nömrəsinə və ya 102 Xidmətinə zəng etmələri xahiş olunur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












