Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı - FOTO

Bakıda dələduzluqda ittiham edilən iş adamı saxlanılıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xətai RPİ-nin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmiş Samir Umudov tutulub.
Müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda mənzillərini təmir edəcəyi adı ilə zərərçəkənləri aldadaraq pullarını ələ keçirib. Bu müddət ərzində S.Umudov həmin şəxslərdən ümumilikdə 317 min manatdan artıq pul alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.
Həmçinin, S.Umudov zərərçəkənlərdən birinin etibarından sui-istifadə edərək onun mənzilini banklardan birinə girov qoyaraq maddi vəsaiti ələ keçirib.
Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. S.Umudov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun digər şəxslərə qarşı analoji cinayətlər etməsi istisna edilmir. S.Umudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif şəxslər özünü “ST Group” şirkətinin rəhbəri kimi təqdim edən Samir Umudov barəsində şikayətlər paylaşıblar.

Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












