Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı

Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rəşad İsmayılovun anket məlumatları dəqiqləşdirilib.
Prokuror işin baxışa verilməsini təklif edib.
Bu məqamda təqsirləndirilən şəxs bildirib ki, o, ittiham aktını oxumayıb və ona görə də, ona qarşı irəli sürülən ittihamla tanış olmaq istəyir.
Məhkəmə bu səbəbdən fevralın 3-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib.
Belə ki, Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












