Bakıda 68 yaşlı kişi İTKİN DÜŞÜB

Hadisə 4 Mart 2024 21:52 Oxunub 320
Bakıda 68 yaşlı kişi İTKİN DÜŞÜB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda 68 yaşlı kişi itkin düşüb. Bu barədə APA-ya itkin düşən şəxsin qohumları məlumat verib.

1955-ci il təvəllüdlü Hüseynov Zahid Əli oğlu günorta saatlarında metronun Xətai stansiyasından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Z.Hüseynov itkin düşərkən əynində ağ köynək və qəhvəyi jaketi olub. İtkin düşən şəxs ruhi əsəb xəstəsidir. Xüsusi əlamətinə gəlincə barmaqları və qolunda döymələr var.

Onu görənlərdən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə və ya 055-411-06-58, 051-922-00-00 nömrələrinə məlumat vermələri xahiş olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh