Banner

Bakıda acınacaqlı vəziyyətdə olan YOL - "Nə piyada, nə də avtomobillər keçə bilir" - VİDEO

Hadisə 30 Oktyabr 2025 13:53 Oxunub 182
Bakıda acınacaqlı vəziyyətdə olan YOL - "Nə piyada, nə də avtomobillər keçə bilir"  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yaşayan sakinlər narazıdırlar.

Avtosfer.az xəbər verir ki, bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, küçədə yol və kanalizasiya problemi uzun müddətdir həllini tapmır.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl ərazidə yol təmiri və kanalizasiya xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri aparılsa da, işlər yarımçıq saxlanılıb. Nəticədə küçədə dərin çalalar, palçıqlı sahələr və su toplanan hissələr yaranıb.

Yağışlı havalarda vəziyyət daha da pisləşir, küçə demək olar ki, gölə çevrilir, piyadaların hərəkəti mümkünsüz olur. Avtobuslar və digər nəqliyyat vasitələri də həmin yoldan keçməkdə ciddi çətinlik çəkirlər.

Ərazidən kadrları təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh