Bakıda arvad ərini öldürüb həyətdə basdırdı, üstünə gül kolu əkdi - YENİLƏNİB

Bakıda itkin düşdüyü deyilən, sonradan qətlə yetirildiyi məlum olan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin qətli ilə bağlı bəzi məqamlar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi məlum olub. Müəyyən edilib ki, qadın izi itirmək üçün həyat yoldaşının meyitini yaşadığı evin həyətində basdırıb. Qadın daha sonra meyiti basdırdığı yerdə gül kolları əkərək, izi itirmək istəyib. O, hər gün həmin ərazidəki gülləri sulayaraq, kolların solmasının qarşısını alıbmış.
***15:36
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












