Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışdı

Bakıda 44 yaşlı avtobus sürücüsü sərnişini boğmağa çalışıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 76 saylı marşrut üzrə hərəkətdə olan avtobus dayanacağa daxil olub. Həmin vaxt dayanacaqda avtobus gözləyən sərnişinlərdən biri sürücüyə gec gəldiyi üçün irad tutub. Sürücünün sərnişinə kobud cavab verməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı sürücü sərnişinin ailə üzvlərini təhqir edib. Daha sonra sürücü sərnişini oturacaqdan qaldıraraq boğazından yapışıb və boğmağa çalışıb. Sərnişinlər onları ayırıblar.
Zərərçəkmiş sərnişin hadisə ilə bağlı polisə məlumat verib.
Sabunçu Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə sürücüyə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası təyin edilib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












