Banner

Bakıda avtobuslar toqquşdu - Sürücü belə çıxarıldı - VİDEO - YENİLƏNİB

Hadisə 17 Oktyabr 2025 10:44 Oxunub 748
Bakıda avtobuslar toqquşdu - Sürücü belə çıxarıldı - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Oktyabrın 17-si saat 06:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad, Balaxanı yolu ərazisindən yol-nəqliyyat hadisəsi ( iki avtobusun toqquşması) səbəbilə çağırış daxil olub.

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən yeddi nəfərə (altı kişi, bir qadın) ilkin tibbi xidmət göstərilib və müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.

Bir nəfər (qadın) ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Vəziyyəti qənaətbəxş olan beş nəfər (kişi) isə ambulator müalicə üçün evə buraxılıb", məlumatda qeyd olunub.

***09:53

Paytaxtın Binəqədi rayonu, Balaxanı şosesində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İVECO” və “SAZ” markalı avtobusların toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “İVECO” markalı avtobusun sürücüsü deformasiyaya uğramış avtobusda sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtobusda sıxılı vəziyyətdə qalan sürücü Valeh Süleymanovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh