Bakıda avtobusun enerji ehtiyatı qurtardı; sərnişinlər yolda qaldı - "BakuBus"dan açıqlama - VİDEO

Noyabrın 28-də və eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, "BakuBus" MMC-nin "Marşrutların idarəetmə mərkəzinə" sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir müraciət daxil olmayıb.
Avtosfer.az xəbər verir ki, bu məlumatı "BakuBus" MMC yayıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan videogörüntünü müşahidə kameralarında təhlil etdikdən sonra, noyabrın 28-də axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğu müəyyən edilib.
"Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılıb və avtobus marşrut xətti üzrə hərəkətinə davam edib.
Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir", - deyə məlumatda bildirilib.
***
Bakıda elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün yolda qalıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər həmin avtobusda olan sərnişin tərəfindən qeydə alınaraq sosial şəbəkə hesabından paylaşılıb.
Sərnişinin iddiasına görə, avtobusun enerji ehtiyatı qurtardığı üçün dayanıb və yalnız şarj edildikdən sonra hərəkət edəcək.
Ancaq hadisənin hansı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verdiyi qeyd edilmir.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Namiq Musayev
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı
Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB
Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR
Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı - VİDEO
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO
Qəzənfər Abbasov İrandan Bakıya gələrkən saxlanılıb? - Özündən açıqlama - YENİLƏNİB











