Bakıda avtomobil aşdı: İki əsas yolda sıxlıq yarandı - FOTO

Hadisə 3 İyun 2024 09:06 Oxunub 224
Bakıda avtomobil aşdı: İki əsas yolda sıxlıq yarandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, "Dədə Qorqud" parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

***

08:50

Bu gün səhər saatlarında Bakıda - Azadlıq prospekti və Bakıxanov küçəsinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə zamanı sürücü idarəetməni itirərək "Mitsubishi" markalı pikapı aşırıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh