Bakıda avtomobili piyadaların üstünə sürən şəxs saxlanıldı - VİDEO

Hadisə 11 Aprel 2023 23:32 Oxunub 4198
Bakıda avtomobili piyadaların üstünə sürən şəxs saxlanıldı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonunda sürücü avtomobili piyadaların üstünə sürüb.

Hadisə bu gün baş verib.

Sürücünün polisə qarşı tabesizlik göstərdiyi deyilir.

Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, saxlanılarkən sürücünün sərxoş olduğu müəyyən edilib:

“Sürücü, 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu Nərimanov rayon, Həsən Əliyev ksçəsində yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. İntizamsızlıq göstərən sürücü nəqliyyat vasitəsini digər hərəkət iştirakçılarının üzərinə sürərək özünün və onların həyatını təhlükəyə atıb. DYP əməkdaşlarına tabesizlik göstərən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Sürücü və haqqında toplanılan materiallar Nərimanov Rayon 16-cı Polis Bölməsinə təhvil verilib. Saxlanılan sürücünün sabah  məhkəmə qarşısına çıxarılacağı gözlənilir”. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh