Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi - VİDEO

Xətai rayonu, Babək prospektində "Electric Auto" avtosalonunun qarşısındakı səki avtomobillərdən təmizlənib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Babək prospektində qeyd edilən avtosalonun piyadalar üçün nəzərdə tutulan səkini zəbt etməsi ilə bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən profilaktik tədbir həyata keçirilib:
"Piyada səkisi təmizlənib orada və avtomobillərin qanunsuz park edilməsi halları ilə bağlı inzibati protokollar tərtib edilib".
***
Xətai rayonu, Babək prospektində "Electric Auto" adı altında fəaliyyət göstərən avtosalon səkini zəbt edib.
Belə ki, avtosalona məxsus maşınlar səkinin üzərinə park edilib. Bu isə sakinlərin sərbəst şəkildə hərəkətinə mane olur. Həmçinin onları avtomobil yoluna çıxmağa vadar edir ki, bu da təhlükəsizlik baxımından ciddi risk yaradır.
Sakinlər bununla bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Hər gün bu ərazidə təhlükəli hadisələr baş verir. Buradan keçmək mümkün deyil", - vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: "Maşınlar hərəkət etməyimizə çətinlik yaradır. Yolu keçə, mağazaya gedə bilmirik. Burada vəziyyət gərgindir".
Daha ətraflı videomaterialda:
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








