Bakıda azyaşlı bağçada zorakılığa məruz qaldı - DİN-dən açıqlama - VİDEO - YENİLƏNİB

"Barama" adlı uşaq bağçasında dayə tərəfindən azyaşlının fiziki təzyiqə məruz qalması iddiaları polis əməkdaşları tərəfindən araşdırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.
O qeyd edib ki, polisə daxil olan məlumat əsasında təhqiqat qrupu adıçəkilən bağçada olub:
"Videogörüntülərə baxılaraq hadisə şahidlərinin, eləcə də digər şəxslərin izahatları alınıb. Toplanmış materiallar üzrə azyaşlının dayə tərəfindən döyülmədiyi müəyyən edilib.
Həmçinin o da məlum olub ki, azyaşlının boğaz nahiyəsindəki xəsarətin izi digər həmyaşıdı ilə mübahisə edərkən baş verib. Dayə azyaşlılar arasında olan mübahisəni gördükdə isə onları ayırmağa çalışıb. İddialar üzrə aparılan araşdırmanın nəticəsində dayənin azyaşlıya qarşı fiziki zor tətbiq etməsi halı təsdiqini tapmayıb".
***09:36
Bakının Nəsimi rayonunda yerləşən uşaq bağçasında dayə uşaqlardan birinə qarşı kobud rəftar edib.
Avtosfer.az xəbər verir ki, bu barədə uşağın valideyni Aysel Geibi Mokarrami Baku.ws-yə şikayət edib.
Onun sözlərinə görə, Hüseynbala Əliyev küçəsi, 21A ünvanında yerləşən "Barama" adlı uşaq bağçasında övladı A.G.M. Fatimə adlı dayə tərəfindən şiddətə məruz qalıb.
"Dayə uşağın boğazından tutub və qaldırıb. Uşağın boğazında və qollarında cızıq izləri var. Bu barədə hüquq-mühafizə orqanlarına bildirmişik. Ekspert rəyini isə bu gün hazır ediblər. İstəyirəm ki, övladıma bunu edən cəzalandırılsın", - deyə Aysel Geibi Mokarrami bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, sentyabr ayının 2-də Bakının Nəsimi rayonunda yerləşən bağçaların birində uşağa qarşı kobud rəftar edilməsi ilə bağlı polisə məlumat daxil olub:
"Məsələ ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












