Bakıda azyaşlı qızın öldürülməsi ilə bağlı dəhşətli FAKTLAR

22 il əvvəl Bakıda azyaşlıya qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib. Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirərək təmin etməyiblər. Daha sonra dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib. İttihama görə, Alidə Qadaşova İsmayıl Quliyevin bacısı ilə birlikdə işləyib. Onlar 2002-ci ildə görüşüblər. İsmayıl Alidəyə görə bacısının ailəsində problem yarandığını və ondan qisas alacağını bildirib. Bundan bir müddət sonra Alidənin evindən onun 12 yaşlı qızının meyiti aşkar olunub. Hakim elan olunmuş ittihama görə, təqsirləndirilənlərin təsirinin sübuta yetiriləcəyi təqdirdə 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə biləcəklərini xatırladıb. Lakin İsmayıl Quliyev və Alidə Qadaşova özlərini təqsirli bilməyiblər. İsmayıl Quliyev məhkəmənin hazırkı mərhələsində ifadə verməkdən imtina etsə də, Alidə Qadaşova sərbəst ifadəsi zamanı vurğulayıb ki, hadisə vaxtı o işdə olub. Həmin ərəfələrdə həyətlərində dəfələrlə naməlum şəxsləri gördüyünü deyib. O buna əhəmiyyət verməyib. Alidə Qadaşovanın ifadəsinə görə, hadisə baş verən gün azyaşlı qızı evdə tək olub. Ana bildirib ki, işdən evə gələrkən qızının yarıçılpaq vəziyyətdə olan meyitini aşkar edib. O bu məsələnin İsmayıl Quliyevlə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını, onu usta kimi tanıdığını bildirib.
Növbəti proses sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, sözügedən cinayət 2002-ci ilin aprelin 9-da Bakının Hövsan qəsəbəsində baş verib. Qəsəbənin Sahil küçəsi, 20B ünvanında yaşayan, həyat yoldaşı həbsdə olan Alidə Qadaşovanın mənzilində 12 yaşlı qızı Nübar Qadaşovanın meyiti aşkar olunub. İstintaq hərəkətlərindən məlum olub ki, azyaşlı cinsi istismara məruz qalmaqla yanaşı, işgəncə ilə öldürülüb. Onun başına çəkic xəsarətləri yetirilib və bədəninə bıçaq zərbələri endirilib. Baş verən cinayətlə bağlı 22 il sonra yəni 2024-cü ildə azyaşlının anası Alidə Qadaşova və qəsəbənin digər sakini İsmayıl Quliyev şübhəli şəxs qismində saxlanılaraq barələrində Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.
Maştağada evlər 2 aydır su altındadır; kimdir müqəssir? - RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
Hərəkətdə olan avtomobilin önünə qaçan məktəbli qəzadan son anda qurtuldu - VİDEO
Biləcəridə yollar bərbaddır; çuxurlar maşınlara ziyan vurur - VİDEO
Heydər Əliyev prospektində maşın yandı; FHN və polis iş başında - FOTO
Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı - FOTO
Bakıda təhlükə saçan piyadaya sürücü sərt reaksiya verdi - VİDEO
Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - VİDEO - YENİLƏNİB
Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB
“Yango” 100 milyon cərimələndi – RUSİYAYA MƏLUMAT ÖTÜRÜR
Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi - VİDEO








