Bakıda bağçada bədbəxt hadisə: Azyaşlı yaralandı - TƏFƏRRÜAT - VİDEO

Sentyabrın 17-si səhər saatlarında Bakıda yerləşən 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçası düşüb. Nəticədə, bir uşaq xəsarət alıb.
Hadisə ilə bağlı sakinlər Baku TV-yə danışıblar.
"Belə problemlərə dövlət qurumları nəzarət etməlidir. Baş verən hadisəyə görə bağça rəhbərliyi də məsuliyyət daşıyır. Pul yığa bilirlər, amma təmir etmirlər. Mən bu ərazidə 32 ildir yaşayıram, hələ bir dəfə də bağçanın təmir olunduğunu görməmişəm", - onlardan biri söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib:
"Bağça rəhbərliyi dərhal uşağın valideyninə məlumat verib. Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb".
Ətraflı süjetdə:
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO











