Bakıda baldız yeznəsini bıçaqlayıb? - AÇIQLAMA - YENİLƏNİB

Hadisə 4 İyul 2024 12:42 Oxunub 364
Bakıda baldız yeznəsini bıçaqlayıb? - AÇIQLAMA  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırma zamanı Arif Səlimovun özünə xəsarət yetirdiyi məlum olub.

Avtosfer.az xəbər verir ki, A.Səlimovun həyat yoldaşı ərindən ayrılaraq yaşadıqları Ağdam rayonundan övladları ilə birgə bacısıgilə - Qala qəsəbəsinə gəlib. A.Səlimov isə onun ardınca paytaxta yaşayan baldızıgilə gələrək övladlarını özü ilə aparmağa çalışıb.

Həyat yoldaşı buna etiraz etdiyi üçün A.Səlimov özünə bıçaq xəsarəti yetirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin birinci Polis Şöbəsində araşdırma aparılır.

***

Bakının Xəzər rayonunda ailə məişət zəmnində dava zamanı qadın kişini bıçaqlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Qala qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Səlimov Arif Aqif oğlu yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı qadın A.Səlimova bıçaq zərbəsi vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh