Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olunub - YENİLƏNİB
Hadisə 18 Avqust 2022 14:58 Oxunub 378
Bakıda baş verən yanğının söndürülməsinə 10-dan artıq texnika cəlb olunub - YENİLƏNİB

Bakının Nərimanov rayonunda, Ziya Bünyadov prospekti yaxınlığında məişət tullantıları sahəsi və anbarda baş verən yanğının söndürülməsi tədbirləri davam etdirilir.

APA xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 10-dan artıq yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları da hadisə yerindədir.

14:32

Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh