Bakıda binada lift qırıldı, yaralılar var - VİDEO

Hadisə 14 İyun 2024 09:59 Oxunub 274
Bakıda binada lift qırıldı,  yaralılar var  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub. Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub: "Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh