Bakıda binanın həyətində saxlanılan “Mercedes”lər yandı - VİDEO

Hadisə 24 Yanvar 2024 20:49 Oxunub 442
Bakıda binanın həyətində saxlanılan “Mercedes”lər yandı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gecə Bakının Nizami rayonu ərazisində iki maşın yanıb.

“Qafqazinfo”nun məlumatına görə, “Mercedes” markalı hər iki avtomobil yanğın nəticəsində yararsız hala düşüb.

Hadisə binanın həyətində baş verib. Yanğın zamanı istidən yaxınlıqda olan daha bir maşının rəng örtüyündə qabarma əmələ gəlib. Həmin avtomobilin sahibi vaxtında maşını təhlükəsiz ərazidən uzaqlaşdırmaqla nəqliyyat vasitəsinə daha ciddi zərər dəyməsinin qarşısını ala bilib.

Baş verən yanğının görüntülərini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh