Bakıda bir gecənin içində parkın ərazisində bina tikdilər - VİDEO

Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər. Bunu ərazidə yaşayan sakinlər iddia edirlər. Avtosfer.az-ın məlumatına görə, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər iddia edirlər ki, onların yaşadığı binanın həyətində qanunsuz tikililər inşa edilir. Halbuki onlar buradan mənzil alarkən planda həyət-park kimi qeyd edilib. Onların fikrincə, yeni tikililər həyətin ərazisini daraltmaqla yanaşı, hərəkəti də çətinləşdirir.
Sakinlər deyirlər ki, ərazidə tikinti qanunsuz aparılır və narahatlığa səbəb olur.
Binanı tikən “Maşınqayıran” MTK-dan isə bildirdilər ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır.
“Maşınqayıran” MTK sədrinin müavini Xanlar Ağayev deyib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçilər üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq.
Qeyd edək ki, sözügedən binanın tikintisi dayandırılıb.
Xəzər dənizində zəlzələ oldu - FOTO
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










