Bakıda özünü körpüdən atmaq istəyən kişi xilas edildi - VİDEO - YENİLƏNİB

Hadisə 6 İyun 2023 21:50 Oxunub 430
Bakıda özünü körpüdən atmaq istəyən kişi xilas edildi   - VİDEO - YENİLƏNİB

Bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edib. 

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. 

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu körpünün üzərinə çıxaraq  intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.

***

Bakıda "Koroğlu" metrostansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edirb

Avtosfer.az xəbər verir ki, hələlik kimliyi müəyyən edilməyən şəxs özünü körpüdən atmaq istəyib.

Əraziyə polis və FHN əməkdaşları cəlb olunub. Xilasedicilər və psixoloqların onunla söhbətindən sonra intihar fikrindən çəkindiriblər. Həmin şəxs körpüdən düşürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh