Bakıda biri qadın olmaqla üç narkotacir həbs edilib - VİDEO
Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 5 kiloqramdan artıq müxtəlif xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb.
Avtosfer.az-ın məlumatına görə, araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar. Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Elvin Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.