Banner

Bakıda biznesmenlə bir qrup şəxs arasında insident - VİDEO

Hadisə 9 Fevral 2026 10:46
Bakıda biznesmenlə bir qrup şəxs arasında insident - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.

DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub.

Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

 

 

Oxunub 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh