Bakıda blokda azyaşlı qıza TƏCAVÜZ ETDİ

Bakıda azyaşlı qıza qarşı seksual hərəkətlər edilib.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.
R.U. rayon ərazisində 11 yaşlı A.M.-nı izləyərək onun yaşadığı beşmərtəbəli binaya daxil olub. Daha sonra R.U. 3 və 4-cü mərtəbələrin arasında qıza seksual hərəkətlər edib.
Ancaq azyaşlının qışqırmasından dolayı cinayətkar onu zorlamaq niyyətini həyata keçirə bilməyib. Belə ki, qızın anası səsə çıxıb və bu zaman R.U. olay yerindən qaçıb.
Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb. Polis əməkdaşları təhlükəsizlik kameralarına baxıb, bununla cinayətkarı müəyyən edərək saxlaya biliblər. Saxlanılarkən onun üzərindən metamfetamin də aşkar edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
R.U. Cinayət Məcəlləsinin 153.2 (14 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etmə) və 234.1-ci (satış məqsədi olmadan narkotik və psixotrop maddələri istehlak həddindən artıq saxlama, əldə etmə, daşıma, hazırlama) maddələri ilə ittiham olunub.
Məlumata görə, R.U. ifadəsində azyaşlıdan guya marketin yerini soruşduğunu deyib.
Təqsirləndirilən şəxs şirkətlərdən birində satış operatoru işləyib.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










