Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB

"EOS uşaq inkişaf mərkəzi"ndə baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə məlumat verib.
Onun sözlərinə görə, yayılan görüntülər polis tərəfindən araşdırılır. Azyaşlıya qarşı zorakı hərəkətlərin edilməsi ilə bağlı həm valideyn, həm də mərkəzin rəhbərliyi polisə müraciət edib. Hər iki müraciət üzrə prosessual araşdırmalar davam etdirilir.
***18:00
Paytaxtda bağçalardan birində uşaqların zorakılığa məruz qaldığı iddia olunur.
Avtosfer.az baku.ws-ə istinadla xəbər verir ki, kadrlar Badamdar qəsəbəsində yerləşən "EOS Junior" uşaq bağçasındandır.
Valideyn qeyd edib ki, bağçadakı uşaqlar kameralar olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.
Şikayətçi bildirib ki, bu zorakılığı məktəb direktoru edir.
Valideynin sözlərinə görə, uşaqları döyən bu qadın barədə bir neçə dəfələrlə şikayət edilib, lakin o hələ də uşaqları döyərək işləməyə davam edir.
Şikayətdə o da bildirilib ki, bağçadan çıxarılan uşaqlar hazırda pisixoloji dəstək alır.
Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə həmin işçinin işdən çıxarılıb və bununla bağlı şikayətə hüquqi qiymət verildiyini bildirib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












