Bakıda cinsi azlığın nümayəndələri avtomobilə daşla zərər yetiriblər - FOTO - VİDEO

Hadisə 19 İyun 2023 10:18 Oxunub 1846
Bakıda cinsi azlığın nümayəndələri avtomobilə daşla zərər yetiriblər - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda iki nəfər avtomobilə hücum edib.

Avtosfer.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

99-UO-724 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsini idarə edən Rəşad Elşad oğlu Quliyev bildirib ki, o, qadın müştərini apararkən sərnişinin qəfil halı pisləşib.

Dayanacaqda maşını saxlayan Rəşad Quliyev sərnişini avtomobildən çölə çıxarıb. Bu zaman dayanacaqda olan iki nəfər cinsi azlığın nümayəndəsi sürücünü söyməyə başlayıb. Daha sonra onlar taksiyə iri daş parçaları atıblar. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, R.Quliyev “102” zəng mərkəzinə məlumat verib. Hazırda onun şikayəti üzrə araşdırma aparılır.

 

apa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh