Bakıda çörək zavodundakı faciəli ölümün DƏHŞƏTLİ VİDEOSU
Hadisə 9 Yanvar 2022 17:10 Oxunub 150338
Bakıda çörək zavodundakı faciəli ölümün DƏHŞƏTLİ VİDEOSU

Xəbər verdiyimiz kimi, yanvarın 7-də paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində faciəli şəkildə ölüb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qadının qolu qarışdırıcının arasında qalıb. M.Həsənova aldığı xəsarətdən hadisə yerində ölüb.

Qeyd edək ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Avtosfer.az hadisə anının videosunu təqdim edir:


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh