Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb - FOTOLAR - VİDEO

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
***
Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
Bakının Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Avtobus sürücüsü sükan arxasında ölüb
“Volkswagen”dən videoqeydiyyatçı və monitor oğurlanıb
Xırdalanda qəzaya səbəb olan kanalizasiya lyuku ilə bağlı TƏDBİR GÖRÜLƏCƏK - VİDEO - YENİLƏNİB
Azərbaycanda DƏHŞƏT: Hərbi qulluqçu tanışını öldürdü
Təyyarədə çay içməyin, hətta əllərinizi də yumayın: "Zəhərli" su ilə bağlı şok ARAŞDIRMA
Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Dəmir yolunda qayda pozan şəxsi qatar vurub öldürdü
Masallıda 9 kq narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Gəncədə sürücülər arasında dava düşdü – Biri digərinin burnunu sındırdı
Bakıda taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT
Şamaxıda zəlzələ olub













