Bakıda dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş - VİDEO

Dünən günorta saatlarında Bakıdakı dayanacaqlardan birində bir nəfərin qadına bıçaq çəkməsi ilə bağlı bəzi detallar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Şamil Şükürov zərərçəkmiş Elnarə Əliyevanın oğlu imiş. Ancaq onun hansı səbəbdən anasını öldürmək istəməsi isə məlum deyil. Həmçinin Ş.Şükürov axtarışda olub.
Belə ki, bir qadın həyəcan və qorxu içərisində ərazidə olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb. Bu an qadının arxasınca qaçan Ş.Şükürov polisə yaxınlaşıb və ailə məsələsi olduğunu, polisin bu işə qarışmamasını bildirib. Ancaq polis əməkdaşı onu sakitləşdirərkən cibində bıçaq görüb və dərhal taksi ilə tərəfləri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparıb.
Qeyd edək ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəki dayanacaqların birində baş verib.
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA











